• Avropa Parlamenti Azərbaycan və Rusiyada keçiriləcək seçkilərlə bağlı qərar verdi

AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı rəsmi mandat verilməyib

Avropa Parlamentinin (AP) nümayəndələri Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etməyəcəklər.Karabakh Today-in  məlumatına görə, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə bildirilir.

Burada qeyd olunur ki, AP seçkiləri müşahidə etməyəcəyi üçün proses və daha sonra elan olunacaq nəticələrlə bağlı hər hansı şərh verməyəcək: "AP-nin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı rəsmi mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir".

Avropa Parlamenti Azərbaycanla münasibətlərinə dair yay tətilindən öncə plenar iclas zamanı hesabat qəbul edəcək. Bu hesabat AP-nin seçkilər mövzusunda rəsmi mövqeyini əks etdirəcək.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də, Azərbaycanda isə aprelin 11-də keçiriləcək.

Karabakh Today

 


 

09.03.2018 11:54
Bölmə Analitika