• İzoria: “Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitliyi möhkəmləndirən amildir”

Azərbaycan prezidenti İlham Əliyev martın 9-da Gürcüstan müdafiə naziri Levan İzorianı qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirib, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb və L. İzorianın Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

L. İzoria isə Gürcüstan xalqının Azərbaycanın dövlət başçısına şəxsən hörmətini bir daha ifadə edərək ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib. L. İzoria Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirib, üç ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini bildirib.(apa)

Reaksiya.az

09.03.2018 13:50
Bölmə Analitika