• Ermənistan ordusu içindən parçalanır - Zabitlər ordunu tərk edir

Vəkil Norayr Norikyan: “Zabitləri orduda zorla saxlamaq arzusundadırlar”

Karabakh.Today erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan müdafiə naziri 20 iyun 2017-ci il tarixdə yeni əmr verib. Vəkil Norayr Norikyan bildirib ki, bu əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi tələbi ilə müraciət edib.  Yeni əmrə əsasən zabitlərlə bağlanmış müqavilənin yeni dəyişdirilmiş variantı təklif edilib. Əmrə əsasən hərbi təhsil müəssisəsini bitirmiş  zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə,  hər il üçün  hazırda mövcud 250 min dram (880 AZN) əvəzinə dövlətə 1 mln dram (3525AZN) ödəməlidir. Bir çox zabitlər yeni müqaviləni imzalamaqdan imtina ediblər. 

Məsələ ilə bağlı yerli mətbuata açıqlama verən vəkil Norayr Norikyan bunları deyib: “Çox təssüf ki, zabitlərin böyük əksəriyyəti bugün Ermənistanı tərk etmək niyyətindədirlər. Bu bizim ümumi bəlamızdır və ordunun problemidir. Erməni ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və ailəsini saxlamaq üçün  xaricə getməyə çıxış yolları axtarır. Bu yalnız MN-nin problemi deyil, bu dövlətin strateji problemidir və dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Müdafiə nazirliyi çalışır ki, bu yolla ordudan axının qarşısını alsın ancaq bu mümkün deyil”.

Zaur Qəriboğlu

Karabakh.Today

19.08.2017 18:35


Müəllif Zaur Qəriboğlu


Mənbə Karabakh.Today