• Erməni hərbi qulluqçu özünü öldürdü

Karabakh.Today xəbər verir ki, avqustun 20-də hərbi hissənin ərazisində 1991-ci il təvəllüdlü Andranik Mkrtçyan öldürülüb. Bu barədə erməni mətbuatına açıqlama verən Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Arçurun Hovannesyan, yaxın vaxtlarda hərbi qulluqçunun öldürülməsi səbəbləri barədə rəsmi açıqlama veriləcəyini də bildirib.

KİV-in əldə etdiyi məlumatda bildirilir ki, Andranik Mkrtçyan əvvəl Yerevan yaxınlığındakı hərbi hissələrdən birində xidmət edib. Oğurluq etdiyinə görə  xidmət yeri Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilib.

Əvvəl nizmnamədən kənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsədə, sonradan A. Mkrtçyanın istifadəsində olan avtomat silahı çənəsinə söykəyərək intihar etdiyi iddia edilir. Hadisə ilə bağlı cinayət işi başlayıb araşdırılma aparılır.

Zaur Qəriboğlu

Karabakh.Today

21.08.2017 20:02


Müəllif Zaur Qəriboğlu


Mənbə Karabakh.Today