• Ermənistan ordusunda daha bir ölüm hadisəsi

Karabakh Today xəbər verir ki, Azərbaycanın işğal olunmuş ərazisində dislokasiya olunan hərbi hissələrdən birində xidmət edən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Hovanes Qasparyanın əlində qumbaranın atəş yığımının (zapal) partlaması nəticəsində xəsarət alıb. Yaralı əsgər xidmət yoldaşları tərəfindən tibb məntəqəsinə çatdırılıb. 
Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar araşdırma aparır.
 
Karabakh Today 

11.10.2017 19:31