• İran nüvə razılaşmasını pozur

İran rəsmiləri bir neçə saat ərzində zənginləşdirmə limitini pozacaqlarını açıqlayıblar

İran nüvə ambisiyalarını məhdudlaşdırmaq üçün 2015-ci ildə imzalanmış razılşamanı pozaraq, uranın zənginləşdirilməsinə dair limitin pozulacağını açıqlayıb.

Xarici işlər nazirinin müavini Abbas Araqçi deyib ki, İran hələ də müqaviləni xilas etmək istəyir, lakin o, Avropa ölkələrini öz öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

ABŞ 2018-ci ildə birtərəfli olaraq müqavilədən çəkilib. Bundan sonra İran iqtisadiyyatına təsir göstərən sərt sanksiyalar yenidən tətbiq olunub.

Bu açıqlamalara cavab olaraq ABŞ-ın dövlət katibi Mike Pompeo deyib ki, bu, yalnız millət üçün əlavə "təcrid və sanksiyalara" səbəb olacaq.

Bu ilin may ayında İran zənginləşdirilmiş uran istehsalını artırdığını açıqlamışdı. Bu, həm reaktorlara yanacaq vermək, həm də nüvə silahları üçün istifadə edilə bilər.

Ölkə hazırda razılaşmada icazə veriləndən daha çox zənginləşdirilmiş uran rezerv edib.

İran nüvə silahı yaratmaq istəyinin olduğunu qətiyyətlə inkar edir.

ABŞ-ın razılaşmadan geri çəkilməsinin ildönümündə İran ABŞ-ın sanksiyalarından qorunmaq üçün müqaviləni imzalayan digər ölkələr - Çin, Fransa, Almaniya, Rusiya və Böyük Britaniyaya 60 gün müddət verib.

Müddətin başa çatdığı bazar günü mətbuat konfransında danışan cənab Araqçi, İranın bir neçə saat içində 3.67% konsentrasiyadan yuxarı uran zənginləşdirməyə başlayacağını söyləyib.

İran zənginləşdirilmiş uranın Bushehrdə elektrik stansiyasında yanacaq üçün istifadə edəcəyini söyləyir
Rəsmilər daha əvvəl təxminən 5% konsentrasiya nəzərdə tutulduğunu söyləyib. Buşehrdə İranın nüvə stansiyası yalnız bu səviyyədə "aşağı zənginləşdirilmiş" yanacaq tələb ed

Silah üçün lazım olunan uran zəngiləşdirilmə dərəcəsi 90% və ya daha çoxdur.

Cənab Araqçi bildirib ki, İran hər 60 gün 2015-ci il müqaviləsindəki öhdəliklərini daha da azaldacaq.

Tehranda tədqiqat məqsədilə istifadə edilən bir nüvə reaktor daha yüksək zənginləşdirilmiş yanacaq tələb edir, yəni təxminən 20%. Bu faiz İranın nüvə razılaşmasından əvvəl istehsal etdiyi ən yüksək səviyyədir.

Lakin İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvandinin sözlərinə görə, ölkədə artıq bu məqsəd üçün kifayət qədər ehtiyat var.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Avropa ölkələri öz öhdəliklərinə əməl etsə, İran bu addımlarını "geri çevirə bilər".

Avropa qüvvələri növbəti addımları müzakirə etmək üçün bir-birləriylə görüşdüklərini deyiblər.

Almaniya bu haldan "son dərəcə narahat" olduğunu bildirib və İranı müqaviləni təhlükə altına almaq üçün daha bir addım atmamağa çağırıb.

Böyük Britaniyanın xarici ofisinin sözçüsü deyib ki, İran indi nüvə razılaşmasının şərtlərini pozsa da, Böyük Britaniyaya razılşamaya "tam sadiq qalıb". Böyük Britaniya həmçinin İranı fəaliyyətlərini dayandırmağa çağırıb və növbəti addımlarla bağlı razılaşmanı imzalayan digər ölkələrlə nə etmək barədə koordinasiya etdiyini açıqlayıb.

2015-ci ildə 6 ölkə İranın nüvə proqramına maneə törətmək məqsədilə birgə fəaliyyət planı imzalayıb.

Tehran sərt iqtisadi sanksiyaların sona çatması əvəzində nüvə fəaliyyətlərini məhdudlaşdırmağa razılıq verib (BBC Azərbaycan).

Karabakh Today

08.07.2019 12:50