• SƏRGİLƏR ARTIQ BÖYÜK EKRANDA - British Council CoolConnections və Park Cinema əməkdaşlığı ilə birgə yeni layihə təqdim edir.

Karabakh Today xəbər verir ki, 16 iyul 2017-ci il tarixindən etibarən Bakı tamaşaçıları britaniyalı rejissor Fil Qrabskidən yüksək keyfiyyətdə və iri ekranda FİLM-SƏRGİLƏRİ izləmək şansı əldə edəcək!
 
Londonun Milli qalereyası, Kral İncəsənət Akademiyası və Müasir İncəsənət Qalereyası, habelə Norveç milli muzeyi, Munka muzeyi, Amsterdam Dövlət muzeyi, Mauritshuis Kral Qalereyası və Amsterdamdakı Van Qoq muzeyindən olan sərgilər böyük ekranda yenidən canlanaraq incəsənət sevərlərə daha yaxındılar.
 
Britaniyalı sənədli film rejissoru Fil Qrabskinin film-sərgiləri Londondan tutumuş Osloya, Paridən Nyu-Yorka kimi dünaynın müxtəlif muzaylərində son on ilin ən yaxşı sərgi layihələrinin bir parçasına çevrilmək, həmçinin rəsm sənətinin müxtəlif istiqamətləri və dahi rəssamların sənəti ilə kinoteatr zalında yaxından tanış olmaq imkanı yaradır.
 
HD çəkiliş sayəsində ilzəyicilər qədim ustad və impressionistlərin, XVII  əsrin hollandiyalı rəssamları və rəssam-avanqardistlərin şah əsərlərini incəliklərinə kimi izləyə biləcəklər. Bu filmlər dünaynın 50 ölkəsində 150-dən çox kinoteatrda numaiş olunub, satılmış biletlərin sayı isə milyounu üstələyib.
 
Bakıda layihəyə yeddi tammetrajlı filmin nümayişi ilə start verilir. Hər bir film izləyiciləri rəqəmsal kinonun yüksək texnologiyalarının köməyi ilə dünya incəsənətnin şah əsərləri ilə tanış edəcək.  Filmlər rəsmləri göstərməklə yanaşı sərginin ərsəyə gəlməsini də əks etdirir.
 
Məsələn, “Leonardo HD” filimin əsasını Londonda The National Gallery –də keçirilmiş “Leonardo da Vinçi: Milan sarayında rəssam” sərgindən olan ekskursiya təşkil edir. Bəşər tarixində ilk dəfə Leonardonun qırxdan çox əl işi br məkanda toplanılmışdı. Sözügedən sərgi ətrafında böyük ajiotaj ikinci əl satılan biletlərin qiymətinin 700 dollara kimi artmasına səbəb olmuşdu. Fil Qrabiskinin filmi sayəsində Bakı izləyiciləri bu sərgini adi kino bileti qiymətinə izləyə biləcəklər!
 
 
Kuratorların maraq doğuran tədqiqatları, nəhəng muzeylərin fəaliyyəti, əl işlərinin restavrasiyası, sənətşünasların ekspert rəyi, aktyor, yazıçılar, rəssam və musiqiçilərin şəxsi təəssüratları – bütün bunlar film-sərgidə əks olunur. Bu sənədli filmlər sayəsində azərbaycanlı tamaşaçılar təsviri incəsənətin şah əsərlərinin ərsəyə gəlmə tarixçəsi ilə tanış olacaqlar.
 
Kino nümayişlərin açılışına “Rəssamlıqda bağlar: Monedən Matissaya” filmi ilə start veriləcək. İlk seans 16 iyul saat 13:00-da Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers kinoteatrında baş tutacaq.
 
London Milli qalereyada keçirilmiş sərgiyə əsasən çəkilmiş film izləyiciləri rəssamları bu cür şah əsərlər ərsəyə gətirməyə ilhamlandıran Jiverniyaya- Klod Mone bağlarına və Zeebülldə Emil Nolde bağların aparır.
 
 
Biletləri onlayn və ya Park Cinema (Flame Towers) kassalarında əldə edə bilərsiniz. Biletin qiyməti – 9 AZN. 
 
Filmlərin afişası:
Rəssamlıqda bağlar: Monedən Matissaya
16 iyul - 13:00
ParkCinema, Flame Towers
Qoya: cism və qan təxəyyülü
23 iyul - 13:00
ParkCinema, Flame Towers
Renuar:  Naməlum rəssam
30 iyul - 13:00
ParkCinema, Flame Towers
Leonardo HD
6 avqust - 13:00
ParkCinema, Flame Towers
Mikelancelo: Məhəbbət və ölüm
13 avqust - 13:00
ParkCinema, Flame Towers
İmpressionistlər
20 avqust - 13:00
ParkCinema, Flame Towers
Vinsent van Qoq: Yeni baxış
27 avqust - 13:00
ParkCinema, Flame Towers
Mən, Klod Mone
3 sentyabr - 13:00
ParkCinema, Flame Towers
Mirvari sırğalı qız
10sentyabr - 13:00
ParkCinema, Flame Towers
 
 
 
Ülviyyə Ədalətqızı

10.07.2017 23:38
Bölmə Mədəniyyət