• Akademik Milli Dram Teatrı beynəlxalq festivala hazırlaşır

Avqustun 2-dən 8-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək Beynəlxalq Monotamaşalar Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı təmsil edəcək.

Bu barədə Karabakh Today-a teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, festivalda rejissor Anar Sadıqovun Əməkdar Artist Ayşad Məmmədovun “İuda” monopyesi əsasında hazırladığı tamaşa nümayiş olunacaq. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edəcək. Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Firuzə Balayevadır.
Qeyd edək ki, festivalda Rusiya, Ukrayna, İsveçrə, Gürcüstan, Kanada və digər ölkələr təmsil olunacaq.
 
Ülviyyə Ədalətqızı
Karabakh Today

02.08.2017 12:02
Bölmə Mədəniyyət