• “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilir

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə,Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə noyabr-dekabr aylarında  SSRİ Xalq artisti, vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilir.

Müsabiqənin əsas məqsədi vokal və estrada oxuma sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması və dəstəklənməsidir.

Vokal və estrada oxuma üzrə keçirilən müsabiqədə Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər iştirak edə bilərlər. Müsabiqə 1 turdan ibarət olaraq, 8-16 yaşlı uşaq və yeniyetmələr arasında 2 nominasiya (vokal və estrada oxuma) və 3 qrup (I qrup: 8-10 yaş, II qrup: 11-13 yaş, III qrup: 14-16 yaş) üzrə keçirilir.

İştirakçıların çıxış proqramı və sənədlər 5 dekabr tarixinə qədər Bakı şəhəri, M.Maqomayev adına 26 nömrəli musiqi məktəbinə göndərilməlidir. (AZ 1147, Bakı şəhəri, 9 mikrorayon Mir Cəlal küçəsi 105H. Telefon: 560-05-40, e-mail: [email protected] )

Karabakh Today

15.11.2017 22:30
Bölmə Mədəniyyət