• "Bakı Prosesi"nin 10-cu ildönümünün qeyd edilməsi ilə bağlı sərəncam imzalanıb

Azərbaycan prezidenti İlham Əliyev “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə,Mədəniyyət və Turizm Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birlikdə və tərəfdaş beynəlxalq təşkilatların təklifləri nəzərə alınmaqla, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu iki ildən bir keçiriləcək və Mədəniyyət Və Turizm Nazirliyi həmin forumlarla bağlı tədbirlər üzrə əlaqələndirici orqan müəyyən edilib.

"Bakı Prosesi" Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülüb.Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

Karabakh Today
 
 
 

 

17.11.2017 20:31
Bölmə Mədəniyyət