• Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub - FOTOLAR

Türkiyənin qədim bölgələrindən biri olan Aydın vilayətində Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Nazillinin mərkəzində yerləşən Qarabağ parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə hazırlanıb.

Bunu parkın və abidənin açılışıda Nazilli bələdiyyə başqanı Haluk Alıcık deyib. Tanınmış heykəltaraş Aydın Korkmaz tərəfindən hazırlanan, ürəyi və ona saplanmış oxu, xəncəri simvilizə edən, üzərində Xocalı soyqırımı qurbanlarını əks etdirən fəryad edən ana təsviri və geniş məlumatlar öz əksini tapıb. "Qarabağ parkı” və "Xocalı soyqırımı” abidəsinin açılışında Azərbaycan və Türkiyə rəsmiləri, Nazilli bələdiyyəsinin rəhbəri, Azərbaycan Elmlər Akademiyasının nümayəndə heyəti, QHT, mediya nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışında biz Azərbaycanın səsi olmağa hər zaman hazır olduq və bu sözdə qalmadı deyən Nazilli bələdiyyəsinin rəhbəri Haluk Alıcık Qarabağın adını Nazillidə yaşatmağın qürurunu yaşadırıq deyib. Parkın açılışından çıxış edən millət vəkili Qənirə Paşayeva ümumilli lider Heydər Əliyevin ifadə etidiyi kimi "Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır deyib:

"Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Bir neçə gün sonra qədim Xocalımızın işğalçı Ermənistan tərəfindən işğal olunduğu və insanlarımıza qarşı dəhşətli soyqırımın törədildiyi gündür və bizim hamımız üçün çox ağır bir gündür və birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik”. Millət vəkili körpə yaşlı uşaqlarımızın erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə abidələr və parkalar Türk dünyasının dörd bir yanında açılmalıdır deyib. Millət vəkili biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. O bildirib ki bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:”Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.

Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib. Millət vəkilinin Nazillilərə səslənərək "biz bilirik ki, siz nazilli  olduğunuz qədər də Qarabağlısınız" çağırışına yüzlərlə insan bir ağızdan "biz də Qarabağlıyıq", - deyə cavab verib. Azərbaycan Milli Elmlər Akademiyasınını Fəlsəfə İnstitutunun  rəhbəri, professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri,professor Rəna Mirzəzədə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin rəhbəri Arzu Bağırova çıxış edərək Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə, Xocalıya Ədalət kampaniyası ilə bağlı geniş məlumatlar veriblər və bu cür abidələrin açılmasının önəmini xüsusi vurğulayıblar. Nazilli kaymakamı çıxışında hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-tərəfindən Prezident yanında QHT-na Dəstək Şurasının dəstəyi ilə "Qarabağdan Naazilliyə könül körpüsü” layihəsi çərçivəsində keçirilən açılışda parkın açılış lenti Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynovanın “Qarabağ şikəstəsi” ifası ilə kəsilib.  "Qarabağ Şikəstəsi”, "Çırpınırdı Qara dəniz”i hər kəs birlikdə ifa edib.

Millət vəkili Q. Paşayeva bildirib ki Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində "Xocalı”, "Qarabağ” və s. adı ilə abidələr və parkların açılması ənənəsi davam edir. Xocalı soyqırımı abidəsinin önündə toplaşan qonaqlar Nazillnin mərkəzində "Qarabağın parkı”nın və “Xocalı soyqırımı” abidəsinin bundan sonra nazilillərin, aydınlıların ən çox ziyarət yerinə çevriləcəyi deyilib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk etməsi üçün, elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayet edəcəyi bildirilib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva abidə önündə tədbir iştirakçılarına Qarabağ həqiqətləri və abidə ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb. Abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürünü bildirib. Abidənin açılışından sonra Nazilli bələdiyyəsi və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Prezident yanında QHT-na Dəstək Şurasının dəstəyi ilə "Qarabağdan Nazilliyə könül körpüsü” layihəsi çərçivəsində Xocalı soyqırımı ilə bağlı geniş konfrans keçirilib.

1

1

1

1

21.02.2018 17:07
Bölmə Mədəniyyət