• Azərbaycan Türkiyəyə qaz ixracını 4% artırıb

2017-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" yatağından hasil olunan 3 mlrd. 936,37 mln. kubmetr qaz nəql edib.

 2016-cı ilin analoji dövrü ilə müqayisədə bu göstərici 3,7% çoxdur.

 

Cari ilin iyul ayında Azərbaycan qardaş ölkəyə 594,52 mln. kubmetr qaz ixrac edib. Türkiyənin qaz idxalında Azərbaycanın payı 14,38% təşkil edir.

 

Qeyd edək ki, iyul ayında Türkiyə 4 mlrd. 135,45 mln. qaz idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 28,43% çoxdur.

 

2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.(apa)

 

Karabakh Today

02.10.2017 11:58
Bölmə İqtisadiyyat