• Azərbaycan banklarının Müşahidə Şuralarına yeni səlahiyyətlər veriləcək

 Azərbaycan banklarında Müşahidə Şuralarının səlahiyyətləri artırılır.

"Report" bu barədə "Banklar haqqında" qanuna dəyişikliklər layihəsinə istinadən xəbər verir.

Qanunun 25.15.1 maddəsinə edilən əlavəyə əsasən Müşahidə Şurası Bankın Audit Komitəsinin üzvlərini vəzifəyə təyin etmək və vəzifədən azad etmək, Komitənin əsasnaməsini təsdiq etmək səlahiyyətinə də malik olacaq.

Qeyd edək ki, müvafiq qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub. 

Karabakh Today

24.09.2018 12:00
Bölmə İqtisadiyyat