• Azərbaycan elektrik enerjisinin ixracını 7%-dən çox artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan 1,2 mlrd. kVt/saat elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% çoxdur.

 Dövlət Gömrük Komitəsindən (DGK)  verilən məlumata görə, hesabat dövründə ixrac edilən elektrik enerjisinin dəyəri 54,87 mln. ABŞ dollarından artıq olub ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 2,7% azdır.

Yanvar-may aylarında elektrik enerjinin ümumi ixracda payı 0,6% təşkil edib.

Karabakh Today

18.06.2019 13:02
Bölmə İqtisadiyyat