• Konyada silsilə tədbirlər keçirilib - Xocalı soyqırımının təbliği ilə bağlı - FOTOLAR

Konyadakı Azerbaycanlı Öğrenciler Topluluğu Selçuk ve Necmettin Erbakan Unversitetində Xocalıyla bağlı silsilə tədbirlər keçirib. İlk olaraq Necmettin Erbakan Unversitetində, Uluslararası Öğrenci Topluluğuyla birlikdə Azərbaycanlı tələbələrin təşkil edilən foto sərgidə unversitetin yerli ve xarici tələbələrinə Xocalı Soyqırımı haqqında məlumat verilib. Bundan əlavə həmin gün  eyni unversitetdə Selçuk Unversitetinin Azərbaycanlı müəllimi Dossent Rövşən Əliyev tərəfindən “25. Yılında Hocalı Katliamı ” adlı konferans keçirilib.

Konyadakı konferanslar tekcə Necmettin Erbakan Unversitetiylə kifayətlənməyib. Həmçinin Selçuk Unversitetində təşkil edilən “Hocalıya Adalet” proqramında çıxış edən Konya Azerbaycanlı Öğrenciler Topluluğunun başqanı Sənan Kazımov, Xocalı Soyqırımın təkcə Azərbaycanın deyil, eyni zamanda Türk və İslam dünyasınınn ortaq problemi olmasından bəhs edib. Azərbaycan əsilli Türkiyə vətəndaşı Professor Mezahir Avşar ve Professor Caner Arabacın da qatılım ve çıxışları ilə dərinlik qatmışlar. Daha sonra çıxış edən Selçuk Unversitetinin Azərbaycanlı müəllimi Dossent Rövşən Əliyev Xocalı Soyqırımının nə qədər mühüm bir hadisə olduğunu bir daha vurğulayıb. Proqram, Xocalıyla əlaqəli video matrealların təqdimatıyla başa çatıb.

1

1

1

1

27.02.2017 11:56
Bölmə Tarix