• İzmirdə "Xocalı abidə"si açıldı - FOTOLAR

Karabakh Today xəbər verir ki, İzmir şəhərinin Qarabağlar rayonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı "Xocalı parkı"nın və "Xocalı abidə"sinin açılışı oldu. Azərbaycan və Dost Dərnəklər Federasiyasının başqanı İsa Ambarçının təşəbbüsü ilə həyata keçirilən bu tədbirə minlərlə İzmirli qatıldı. Böyük bir ərazini əhatə edən tədbirə Azərbaycan və Türkiyədən olan millət vəkilləri, siyasi xadimlər, Diaspora komitəsinin sədr müavini, o cümlədən Azərbaycanın İstanbuldakı baş konsuluda qatılıb. Tədbirdə çıxış edən İsa Ambarçı keçən il parkın açılışı ilə bağlı təşəbbüs irəli sürdüklərini, Qarabağlar Bələdiyyə başqanı Muhiddin Sərvitopun dərnəyin bu təşəbbüsünə isti münasibət göstərək gecikmədən bu işlə bağlı hərəkətə keçdiklərini bildirdi. İ.Ambarçı həmçinin bu işdə onlara dəstək olan Qarabağlar Bələdiyyə başqanına, Məclis üzvlərinə təşəkkür etdi. O bundan sonrada Xocalı həqiqətlərini gündəmdə saxlamaq üçün yeni-yeni lahiyələr həyata keçirəcəklərini bəyan etdi. Çıxış edən Bələdiyyə başqanı M.Sərvitopda hər zaman Azərbaycanın yanında olduqlarını, dünyanın harasında yaşamasından asılı olmayaraq Türk millərinin yanında olmağı özlərinə borc bildiyini vurğuladı. Bələdiyyə başqanı insan haqqlarından danışan dünyanın Xocalı qətliamına laqeyd qaldığını xatırladaraq Azərbaycan xalqının yanında olduqlarını, erməni zülmünün hüquqi qiymət alması üçün bir bələdiyyə olaraq üzərlərinə düşən hər cür yardıma hazır olduqlarını bildirdi. Tədbirdə çıxış edən hərkəs o gecə baş verənləri xatırlayaraq erməni vəhşiliyini və bu vəhşiliyə dəstək verən dünyanı qınadı. Millət vəkilləri, dövlət adamları və digər rəsmi şəxslər tədbirin sonunda "Xocalı abidəsi"nin lentini kəsdilər. Minlərlə İzmirli Azərbaycanın dərdinə şərik olduğunu göstərmək üçün abidə önünə çiçəklər buraxdı. Arzu Qocayev İzmirdən Karabak Today üçün

1

1

28.02.2017 02:09
Bölmə Tarix


Müəllif Arzu Qocayev


Mənbə Karabakh Today