• "Xocalı Soyqırımı"nı Bornovada unutmadı - FOTOLAR

"Karabakh Today" xəbər verir ki, "Xocalı Soyqırımı"nın 25 ci ildönümündə Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən dərnəklərimiz və bələdiyyələr ardı-ardına bir neçə tədbirlər keçirtdi. Qarabağlar rayonu ərazisindəki parkın və abidənin açılışının ardından Bornova rayonundada anma tədbirləri keçirildi. İzmir Azərbaycan Kültür və Dayanışma dərnəyinin təşəbbüsü ilə 2016 cı ildə Bornova Bələdiyyəsi tərəfindən açılışı olmuş Azərbaycan Dostluq parkında Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə törən keçirilib. Törəndə Azərbaycanda gəlmiş millət vəkilləri, komitə sədrləri, diplomatlar və Bornova Bələdiyəsinin başqanı o cümlədən İzmirdəki rəsmi şəxslərdə iştirak ediblər. Şəhidlərin ruhuna fatihə oxunduqdan sonra abidə önünə çələng qoyulub. Bundan sonra Bornova Bələdiyyəsi və İzmir Azərbaycan Kültür və Dayanışma dərnəyi birgə təşkil etdiyi "Xocalı Soyqırım"dır konferansı keçirilib. Konferansda çıxış edən Bornova Bələdiyyə başqanı Olgin Atilla Xocalının hər türkün acısı olduğunu, o günü unutmağa haqqımız olmadığını xüsusi vurğulayıb. Bələdiyyə başqanı bu acının azda olsa dinməai üçün belə bir addım atdıqlarını, gələcək nəsillərində bu faciədən xəbər tutması üçün hərkəsin birlikdə bu yolda çalışması lazım olduğunu bildirdi. Dərnək başqanı Mülazim Pashada öz növbəsində gələn bütün qonaqları salamlayaraq Bələdiyyə başqanına xüsusi təşəkkür edib. O, Olgun bəyin "Xocalı soyqırımı"na həssas yanaşdığını, konferansın keçirilməsi üçün tabeliyində çalışan hərksəsin adətən səfərbər etdiyini xüsusilə qeyd etdi. Qarabağ dərdinin bütün Türk dünyasının dərdi olduğunu qeyd edən Mülazim bəy bunun üçün birlik olmanın vacibliyindən danışdı. O, üzünü konferans iştirakçılarına tutaraq "Xalqımızın dərdini dünyaya çatdırmaq istəyiriksə bir-birimizin ayağının altına daş qoymaqdansa bunun üçün əlimizi daşın altına qoymalıyıq" dedi. Konfernsda çıxış edən Azərbaycan millət vəkili Qənirə Paşayevada o günün acılarından danışaraq bu cür keçirilən konferansların dosta və düşmənə mesaj olduğunu söylədi. Millət vəkili Aydın Hüseynovda öz növbəsində İzmirlilərə təşəkkür edərək birliyimizin gücümüz olduğunu, Xocalı dərdinin hər bir türkün dərdi olduğunu vurğuladı. Xatırladaq ki, İzmir Azərbaycan Kültür və Dayanışma dərnəyinin təşəbbüsü ilə Azərbaycan əsilli Türkiyə vətəndaşı Gülnarə Muxtarova Pamukun "Xocalı Soyqırımı" ilə bağlı böyük bir rəsm sərgisi nümayiş etdirildi. Sərgidə o günləri özündə əks etdirən 30 tablo yer alırdı. Arzu Qocayev. İzmir, Karabakh Today

1

1

1

1

1

1

1

1

28.02.2017 02:54
Bölmə Tarix


Müəllif Arzu Qocayev