• "ABŞ-ın dəyənəyi" rolunu oynayan təşkilat

NATO üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan alyansdır

1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalanıb və NATO yaradılıb.

Hazırda mənzil qərargahı Brüsseldə yerləşən alyansa 28 ölkə daxildir. Yarandığı ərəfədə Avropa ölkələrinə Sovet İttifaqı və kommunizmdən qorunmaq üçün ABŞ-ın təhlükəsizlik zəmanəti lazım idi. Sovet İttifaqının Qərbi Avropanı işğal etməsinə qarşı ABŞ-dan müdafiə təminatının alınması Vaşinqton sazişinin 5-ci maddəsində öz əksini tapıb. Bu hər hansı NATO üzvi olan ölkəyə hücum olunardısa, bütün alyans üzvlərinin köməyə gələcəyi ilə bağlı bir müddəa idi. SSRİ dağıldıqdan sanra bu blok fəaliyyətini şərqə doğru genişləndirib və əvvəllər qarşı cəbhədə olan dövlətlər da Alyansa daxil olublar.

Karabakh Today

04.04.2017 12:09
Bölmə Tarix