• Azərbaycan Cümhuriyyətinin 1919-20-ci illərdəki sərhədləri - - haradan haraya...

Azərbaycan Parlamentinin Sədri Ə.M.Topçubaşovun rəhbərliyi ilə 1919-1920-ci illərdə Paris Sülh konfransında iştirak edən Azərbaycan Nümayəndə heyətinin ingilis və fransız dillərində yaydığı mühüm siyasi-tarixi sənədlərdən biri “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh konfransından tələbləri” kitabçasıdır. Həmin kitabçanı ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru Vilayət Quliyev ingilis dilindən tərcümə edərək nəşr etmişdir.

Həmin kitabçadan “Azərbaycan Cümhuriyyətinin sərhədləri” olan hissəni təqdim edirik:

1. Şimal sərhəddi

Azərbaycanın şimal sərhədləri Solak cayının Qara dənizə töküldüyü nöqtədən (Gürcüstan sərhəddindən) başlanır. Sərhəd xətti çay boyunca Acar dağlarına qədər uzanır.

Bu dağların zirvəsi ilə irəliləyən sərhəd xətti Kino (8522 fut yüksəkliyində), Taşnaur (8735 fut), Qotimeriya (8769 fut) zirvələrinə, Zekar keçidinə, Naqueva dağlarına və Sağalotlobaci zirvəsinə catır.

Buradan sərhəd xətti cənub-şərqə yönəlir, Kurun qolu olan Keydasu boyunca gedir. Çayı kecdikdən sonra o, Tusselbaya tərəf, Citis-Kibey (8554 fut) zirvəsinə doğru irəliləyir, Kür çayının qollara ayrıldığı istiqamətdə uzanır, sonra Axaşen kəndinin yanında Kürün axını istiqamətində cənuba dönür, daha sonra Kür boyunca üzüaşağı, Kurtanakev kəndinə qədər düz cənuba gedir.

Sonra sərhəd xətti kecmiş Rusiya imperiyasının inzibati bölgüləri əsasında mövcud olan sınırlər boyunca şərqə donur (Axalkələk vilayəti, Qars ərazisi, Aleksandropol (Gümru) vilayəti, İrəvan quberniyası.) və Cəri dağın (9152 fut), Üç təpənin (9783 fut), Örtülü dağın (8030 fut), Öküz dağın (8018 fut), Akçalanın (10500 fut) zirvələrindən keçir.

Bu nöqtədən sərhəd xətti Axalkələk və Borçalı vilayətləri arasındakı kecmiş inzibati sərhəd boyunca cənuba gedir, sonra Yemlikli (10017 fut), Ağrıkar (9765 fut) dağ zirvələrindən, Pavakaran dağ silsiləsindən keçir və Dəlidağın (8624 fut) zirvəsinə qədər gəlib çatır.

Bu nöqtədən sərhəd xətti şərqə istiqamət götürür, İnardağın (6636 fut), Bulaq dağın (6317 fut) zirvələrindən keçir və Aleksanderhiff kəndinə qədər uzanır. Bu kəndin arxasından sərhəd xətti Xramçayın boyunca şimal-şərq istiqamətində Arıxlı kəndinə və Böyük Tkiatam təpəsinə tərəf yönəlir, Aleksandropol-Tiflis dəmir yolu xəttinə paralel olaraq üç verst qərb istiqamətinə irəliləyir, Naftulluq dəmir yolu stansiyasının 6 kilometrliyində Yelizavetpol-Tiflis dəmir yol xəttini bir qədər keçir.

Buradan sərhəd xətti yenidən şərqə tərəf dönür, Qara dərə, Sarıyer, Karvan təpə, Naomeri (3185 fut) dağ zirvələrindən, Muğanlı və Tullar kəndlərindən, Ləmbəli (2537 fut) zirvəsindən, Katari aşırımından, Milatis, nəhayət, Bilenta (3052 fut) və Nikoratcixa (3290) zirvələrindən keçir. Sonra yenidən şimal səmtinə dönərək Qara-Ağac kəndini keçdikdən sonra Taran-Qobu çaylarının qovuşduğu yerə çatır. Sərhəd xətti eyni istiqamətdə Taran-Qobu, Abcit, Məzəmçay çaylarının yatağı boyunca Tinov-Rosso (11104 fut) dağ zirvəsi istiqamətində irəliləyir.

Sonra sərhəd xətti yenidən Şərqə dönür (Şimali Qafqaz Respublikasının sərhəddi) və Qafqaz sıra dağları boyunca Quton (12500 fut) zirvəsinə qədər uzanır.

Daha sonra sərhəd xətti dağ yuksəkliklərindən şimal-şərq istiqamətində aşağı enir, bir tərəfdən Avar-Koysu, Qara-Koysu, Qazıqumuq-Koysu, o biri tərəfdən isə Samur, Cirançay və Uluçay çaylarının suayrıcını formalaşdıran ikinci sıra dağların boyunca gedir və Kalanker-Katz (11488 fut), Kaşkharva (13083) Lakazani (11961 fut) dağlarından, Dolti dağ aşırımından keçərək Viralqu (12611 fut), Nusadağ (12270 fut) Alahundağ (12629 fut) istiqamətində uzanır.

Sonda sərhəd xətti İtsari kəndinin 2 km-də Taran-Qobu çayını keçir və yuxarıda adları çəkilən çayların ayrıldığı yerdə 3 nomrəli zirvəyə doğru gedir, burada şərqə dönur və Bakı-Petrovsk dəmir yolunun Buynak stansiyasından 20 km. cənubda Xəzər dənizinə çatır.

II Şərq sərhəddi

Buynak stansiyasının 20 kilometrliyindən başlayan sərhəd xətti Xəzər dənizi boyunca keçmiş Rusiya-İran sərhəddi yaxınlığındakı Astara (Qafqaz Astarası) şəhərinə qədər uzanır.

III. Cənub sərhəddi

Astaradan başlanan sərhəd xətti Rusiya, İran və Turkiyə arasındakı keçmiş sərhədlərin kəsişmə nöqtəsinə qədər davam edir, sonra keçmiş Rusiya-Turkiyə sərhəddinə uyğun şəkildə Qara dənizdəki Kop-Mur burnuna qədər gedir.

IV. Qərb sərhəddi

Azərbaycanın qərb sərhəddi Kop-Murdan Solok cayının mənsəbinə qədər Qara dəniz sahilləri boyu muəyyənləşir.

V. Qafqaz Ermənistanı ilə sərhəd

Azərbaycan və Ermənistan arasındada sərhəd qərbə doğru Ağlağan dağının (6833 fut) zirvəsindən başlanır, Aleksandropol-Axalkələk şosse yolunu Qızıl Qoc stansiyasından (Gullubulaq kəndi) 18 km. cənubda kəsib keçir və Dağ Körpü kəndindən Arpaçay istiqamətinə gedir.

Sonra sərhəd xətti cənuba, Arpa-Fihui boyunca Qarakollu adlı kiçik stansiyadan 2 km. şimalda yerləşən Qiyas-Kurdaşı kəndinə doğru gedir, daha sonra isə şərqə, Qara Köynək dağının (9917 fut) zirvəsinə tərəf uzanır.

Buradan sərhəd xətti Aparan çayının qolu istiqamətində şimal-şərqə, Tiflis-İrəvan dəmir yolunun 5 km-də yerləşən Zeynə kəndinə doğru gedir, sonra şərq istiqamətinə doöur, dəmir yol xəttinə paralel şəkildə bu xətdən 7 km. şimalda yerləşən Ağbaş kəndinə tərəf uzanır:

Qarni çayından keçən sərhəd xətti şimal-şərqdə Ağdağ (10906 fut), Qaraqaya (11178 fut) Gözəldərə dağlarına qalxır, buradan qərb istiqamətinə burulur və Göyçə gölünün şərq sahilində Zağalı kəndinə çatır.

Qafqaz Ermənistanının sərhəddi Semyonovka kəndi istiqamətində gölün səthini düz xətlə keçir, Yelizavetpol və İrəvan quberniyalarının keçmiş inzibati ərazi bölgüsü üzrə Beçəkeçməz dağının (Yelizavetpol, İrəvan və Tiflis quberniyalarının sərhədlərinin ortaq kəsişmə nöqtəsi) zirvəsinə qalxır, buradan Yelizavetpol və Tiflis quberniyalarının inzibati sərhəddi boyunca şimala dönür və Cimal dağının (2465 fut) zirvəsinə qalxır.

Son olaraq sərhəd xətti biri-birinin ardınca Şahəlhəm, Şahtaxtı, Lialvar, Lecan dağlarından enir və iki ölkə arasında sərhəd olan Ağlağan dağının zirvəsinə çatır. 

Karabakh Today

26.08.2017 13:08
Bölmə Tarix