• Misirdə yaşı 7 mindən çox olan qədim şəhər tapılıb

Misir arxeoloqları yaşı 7 min ildən çox olan qədim şəhər aşkar ediblər.

Qazıntı sahəsində bina, alətlər, məişət və mətbəx ləvazimatları ilə yanaşı nəhəng məzarlıq tapılıb.

Şəhər Nil çayının sahilində, Abidos şəhərindəki firon I Setinin məbədi yaxınlığında yerləşir.

Eskpertlərin sözlərinə görə, aşkar edilmiş 15 məzarlığın ölçüsü onların sahiblərinin yüksək statusundan xəbər verir.

Şəhərdə yüksək rütbəli məmur və məqbərə inşaatçılarının mənzilləndiyi güman edilir.

Yaşayış məntəqəsinin inkişafı Misirin qədim dövrünə aid tarixi kəsimin erkən mərhələsinə təsadüf edir.

Xəritə
Image captionŞəhər Nil çayının sahilində, Abidos şəhərindəki firon I Setinin məbədi yaxınlığında yerləşir.
MumiyaImage copyrightAFP
Image captionNoyabrın əvvəlində İspaniya arxeoloqları Luksor yaxınlığında yaşı 1 min ildən artıq olan mumiya tapıblar
Qazıntı sahəsiImage copyrightEGYPTIAN MINISTRY OF ANTIQUITIES

Ehtimallara görə şəhərin tarixi eramızdan əvvəl 5316-cı ilə gedib çıxır.

Ekspertlər ümid edir ki, arxeoloji tapıntı prezident Hüsni Mübarəkin devrilməsindən sonrakı qeyri-sabitlik şəraitində zəifləyən turizm sənayesinin canlandırılmasına təkan verə bilər.

MumiyaImage copyrightAFP
Image captionNoyabrın əvvəlində İspaniya arxeoloqları Luksor yaxınlığında yaşı 1 min ildən artıq olan mumiya tapıblar
Fironlar vadisiImage copyrightGETTY IMAGES
Image captionMisirdəki qeyri-sabitliyə görə ölkəyə gələn turistlərin sayı azalıb.
 

24.11.2016 15:37
Bölmə Tarix