• “Erdoğan Türkiyənin özünün qərar qəbul eləmək istədiyini hər kəsin nəzərinə çatdırdı” - Siyasi ekspert Əlibəşir Əliyev

Azərbaycan Gənc Diplomatlar Birliyinin Xarici işlər üzrə katibi, siyasi ekspert Əlibəşir Əliyev Karabakh Today - a BMT-nin Baş Assambleyasının 71-ci sessiyasında çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın çıxışı ilə bağlı açıqlamasında bildirib ki, Türkiyə prezidenti ilk öncə BMT-nin islahat mövzusuna, xüsusilə Təhlükəsizlik Şurasının strukturunun dəyişməsi mövzüsuna toxunub: “Bildiyimiz kimi, bu mövzu uzun müdfət kəskin qalır və BMT-nin Təhlükəsizlik Şurasının islahatı haqqında bir çox təkliflər var idi. Fikrimcə cənab Prezident "beş ölkə hər kəs üçün qərar qəbul edə bilməz, və dünya təkcə beş ölkədən ibarət deyil" deyərək  bildirdi ki, Türkiyə kimi inkişaf edən dövlətə kimsə şərtlər diktə eləmək düzgün deyil və Türkiyə özü qərar qəbul eləmək istəyir. Bəllidir ki, Türkiyə çox güclü inkişaf edən ölkədir və onum həm regionda həm də dünyada müəyyən bir səlahiyyəti var. Belə ki, Prezident Ərdoğan pərdə arxasında söyədi ki artıq Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olmaq üçün vaxtı çatıb. Həmçinin, Türkiyə Prezidenti miqrasiya məsələ ilə bağlı öz öhdəliklərini yerinə yetirmədiyi üçün Avropa İttifaqını ittiham edib. O, konkret olaraq bildirib ki Türkiyə Suriyadakı 6 il davam edən müharibədə 2,7 milyon Suriyalı qaçqın qəbul edib və buna 25 milyard dollar pul xərcləyib. Əvəzində Türkiyə Avrops İttifaqından cəmi 178 milyon dollar alıb. Əslində, bu bəyanat Aİ-na, xüsusilə Almaniya kansleri Frau Angela Merkelə bir yumruq oldu. Avropa İttigaqı, xüsusilə Almaniya, bildiyiniz kimi "açıq sərhədlər" və "biz hamını qəbul edirik" siyasəti aparır və Ərdoğan dünyays xatırlatdı kı, Frau Merkelin bu səxavətli siyasəti Türk vətəndaşların vergiləri əsasında aparılır. Göründüyü kimi bütün dünya Angela Merkel alicənab və qonaqpərvər kimi hrssb edir, eyni vaxtda Avropa Birliyi Türkiyə ilə imzalanmış müqaviləyə riayət etmir.

Bütün bunlar Türkiyə və Aİ arasında münasibətlərin pisləşməsinə bünövrə yaradır. Və cənab Prezident Avropa İttifaqını, həmişə bütün şərtlərin yerinə yetirilməsini tələb edən bir təşkilatı, günahlandırma hüququna malikdir. Bir müddət öncə Aİ-ı Ukraynaya da söz verdiyi krediti göndərmədi. Çıxışının sonunda Ərdoğan Suriya mövzusuna toxunub. O söylədi ki Türkiyə hamıdan çox Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. Bu sözləri ilə, Ərdoğan, güya Türkiyə Suriya ərazisinin bir hissəsini işğal etmək istəyir və gələcəkdə Neo-Osman İmperiyasını yaratmaq istədiyininə, haqqında bəzi qərb siyasətçilərinin bəyanatlarına son qoydu. Ötən il Türkiyədə Suriyalı terrorçular və Kürd separatçılar tətəfinfən çox saylı terror aktları törədildi, və cənab Prezident öz ölkəsini müdafiə etmək üçün hüququ var. Buna görə Türkiyə dövləti Suriyanın şımalında hərbi əməliyyat aparır. Ümumiyyətlə, Türkiyə Prezidentinin çıxışını Qərbə bir mesaj kimi qiymətləndirə bilərəm. Türkiyə Respublikasının Dövlət Lideri Qərb ölkələrinə bildirib ki Türkiyənin işlərinə qarışmaq lazım deyil və imzalanmış müqavilələri yerinə yetirmək lazımdır”.

23.09.2016 12:05
Bölmə Analitika


Müəllif Oktay Hacımusalı/Karabakh Today