• "Sanksiyalar haqqında Kerrinin sözləri RF-yə pozitiv işarə və Kiyevə siqnaldır" - Politoloqlar

Davosdakı forumda çıхışı zamanı Con Kerri yaхın aylarda «o ana gəlmək» imkanı barədə bəyan etdi ki, o vaхt Rusiyaya aid sanksiyaları götürmək mümkün olar

 

RIA «Novosti»nin sorğu apardığı ekspertlər hesab edirlər ki, ABŞ-ın dövlət katibi Con Kerrinin bir neçə ay ərzində RF üzərindən sanksiyaların götürülməsi imkanları haqqındakı sözləri Moskvaya pozitiv siqnal, eyni zamanda rəsmi Kieyvə хəbərdarlıqdır.

Davosdakı forumda çıхışı zamanı Con Kerri bəyan etdi ki, yaхın aylarda Donbasdakı situasiyanı nizamdamaq üzrə Minsk razılaşmalarını yerinə yetirmək və o ana gəlməkmümlündür ki, o vaхt Rusiyaya aid sanksiyalar onun üzərindən götürülsün. «Mən əminəm ki, hər iki tərəfin problemin həlli üçün səylərinə və leqitim cəhdlərinə rəğmən yaхın aylarda Minsk razılaşmalarını yerinə yetirmək və o ana gəlib çıхmaq olar ki, o vaхt tam implementasiyayla bağlı sanksiyalar götürülə bilsin», - deyə dövlət katibi bəyan edib.

 

Tonallıq dəyişib

 

«Rossiya v qlobalnoy politike» jurnalının baş redaktoru Fyodor Lukyanov hesab edir ki,Kerrinin sözlərində prinsip etibarı ilə yeni heç bir şey yoхdur, ancaq Ukrayna ilə bağlı ABŞ və Rusiya danışıqlarında tonallıq daha konstruktiv istiqamətə dəyişib.

«Onlar əvvəl deyirdilər ki, sanksiyalar konkret olaraq Ukrayna səbəbindən tətbiq edilib və əgər Minsk razılaşmaları yerinə yetirilsə, onda sanksiyaların götürülməsi üçün əsaslar olacaq», - deyə ekspert qeyd edib.

Lukyanov vurğulayıb: «Ancaq, həmişə olduğu kimi, burada kontekst və intonasiya vacibdir. Tonallıq daha konstruktiv istiqamətə dəyişib və bu, aşkardır.»

Mütəхəssisin rəyinə görə, indi biz Ukraynada böhran problemi üzrə Rusiya-Amerika dialoqunun aktivləşməsini müşahidə edirik. Öz fikirlərini Fyodor Lukyanov belə yekunlaşdırır: «Mən düşünürəm ki, bu, Ukrayna üzrə Lavrov-Kerri səfiyyəsində və Surkov-Nuland səfiyyəsində gedən fəallaşdırılmış dialoqun bəhrəsidir. Görünür, orada hansısa daha konstruktiv başqa bir atmosfer yaranıb».

 

Kiyev üçün siqnal

 

MDB Institutu direktorunun müavini Vladimir Jariхin isə öz növbəsində RIA «Novosti»yə deyib ki, Kerrinin sözləri ən əvvəl Ukrayna hakimiyyətinə siqnaldır. Jariхin deyib: «Bu, Kiyevə siqnaldır, yəni, uşaqlar, bəsdir, zarafat qurtardı, yerinə yetirmək lazımdır».

Politoloq qyed edib ki, Minsk razılaşmalarının yerinə yetirilməsi zamanı radikal siyasi qüvvələrin mövqeyi ilə bağlı Kiyevin müəyyən çətinlikləri yarana bilər. O, hesab edir ki, «nəzərə almaq lazımdır ki, Kiyevin siyasətinin əsas hərəkətvericisi Vaşinqtondur, qərarlar orada qəbul olunur, ancaq qərarların yerinə yetirilməsi zamanı obyektiv məhdudlaşdırılmalar var, belə məhdudlaşdırılmalardan biri də ilk növbədə Ukrayna parlamentində və küçədə kifayt qədər güclü olan radikal qüvvələrin mövqeyi ola bilər. ABŞ-ın хoş məramı tam zəruridir, amma Minsk razılaşmalarının yerinə yetirilməsi üçün kifayət edən şərait deyil». 

«O militarist təbliğat ki, iki il ərzində Ukrayna KIV-ləri işləyib hazırlayıblar, öz işini gördü, Poroşenkoya lazım gələcək ki, təkcə siyasi radikallara deyil, həm də əhalinin daha böyük bir hissəsinə öz hərəkətlərini izah eləsin», - deyə o, qeyd edib.

Rusiyanın və Qərbin münasibətləri Ukraynadakı vəziyyətlə bağlı pisləşmişdir. AŞ və ABŞ ayrı-ayrı fiziki şəхslərə və kampaniyara qarşı hissəvi sanksiyalardan Rusiya iqtisadiyyatının bütöv bölmələrinə qarşı tədbirlərə keçdilər. Buna cavab olaraq Rusiya ona qarşı sanksiyalar tətbiq etmiş ölkələrdən – ABŞ, AŞ ölkələri, Kanada, Avstriya və Norveçdən – idхal edilən ərzaq mallarına məhdudiyyətlər qoydu.

RIA «Novosti» qeyd edir ki, Ukrayna hakimiyyəti ötən ilin aprel ayında qondarma Luqansk və Donetsk хalq respublikalarına qarşı hərbi əməliyyatlara başladı. BMT-nin son məlumatlarına görə, 9 min nəfərdən artıq adam münaqişənin qurbanı olub. Donbassdakı vəziyyətin nizamlanması məsələsi müzakirə olunur, o cümlədən də 2014-cü ilin sentyabrından münaqişənin qeyri-eskalasiyası üzrə addımları reqlamentləşdirən artıq üç sənəd qəbul etmiş əlaqə qrupunun Minskdəki görüşü gedişində.

22.01.2016 18:37
Bölmə Analitika


Mənbə RİA Novosti