• ABŞ heç kimin gözləmədiyi ölkəni bombaladı - VİDEO

Həmid Qərzai: "Əfqanıstan ağır silahların sınaqdan keçirildiyi yer deyil. ABŞ-ın addımı insanlıqdan kənardır".

ABŞ Əfqanıstanın Nanqahar əyalətindəki İŞİD mövqelərinə, dünyanın ən ağır bombası sayılan "GBU-43" atıb. Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Müdafiə Nazirliyindən (Pentaqon) açıqlama gəlib.

"GBU-43" beynəlxalq silah sənayesində "bütün bombaların anası" olaraq tanınır. Amerika ordusunun, çəkisi 10 ton olan bu bombadan istifadə etməsinə Əfqanıstanın keçmiş prezidenti Həmid Qərzai sərt reaksiya göstərib.

"Əfqanıstan ağır silahların sınaqdan keçirildiyi yer deyil. ABŞ-ın gerçəkləşdirdiyi hücumu şiddətlə qınayıram. Bu, insanlıqdan kənar bir hərəkətdir" — sabiq dövlət başçısı deyib. Hazırkı əfqan hökuməti isə yazılı açıqlamasında, Amerikanın "GBU-43" bombasından istifadəsini normal adlandırıb. "Məqsəd İŞİD-i neytrallaşdırmaqdır" — deyə rəsmi Kabildən bildirilib.

Karabakh Today

14.04.2017 13:47
Bölmə Siyasət