• Azərbaycandan QHT-lər beynəlxalq tədbirdə - FOTOLAR

"I. Destekli Yaşam Sektöru Buluşması", 9-11 may 2017-ci il tarixində Türkiyənin İstanbul şəhərində "Engelsiz İş Dünyası Kongresi" həyata keçirilib. Qeyd edirik ki, tədbirin təşkilatçısı Türkiyədə fəaliyyət göstərən "Destekli Yaşam Strateji Araşdırma Ve Uygulama Merkezi", Türkiyə Cümhuriyəti İqtisadiyyat Nazirliyi, İş və İctimai Təhlükəsizlik Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Elm Sənaye və Texnologiya Nazirliyi, İstanbul böyük şəhər bələdiyyəsi birlikdə bu konqresi həyata keçiriblər.

"I. Destekli Yaşam Sektöru"nün   ev sahibliyi etdiyi tədbir, yeriyə bilməyən, eşitmə, görmə qabilliyyətindən məhrum olan, əllərini istifadə edə, öyrənmə çətinliyi olan ictimai qruplara istiqamətli dəstək texnologiyaları, məhsul, xidmət, iş və investisiya modellərini mövzu alan konqres, ölkə daxili və xaricdən  gələn qonaqların iştirakı ilə ilk dəfə İstanbul 'da təşkil edilib.
 
 Konqresdə Azərbaycan tərəfindən "Əlil Sahibkarlar Təşkilatı" İB sədri Mirzə Məmmədvəliyev, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İB sədri Rada Abbas, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB sədri Zaur Qəriboğlu və həmçinin Azərbaycan nümayəndə heyətinə daxil olan "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İB-in və "Karabakh Today" portalının Türkiyə təmsilçisi Zülfiyyə Həsənovada daxil olub. Azərbaycan nümayəndə heyətinin konqresdə çıxışı 11.05.2017-ci il tarixdə baş tutub. Heyət adından "Əlil Sahibkarlar Təşkilatı" İB sədri Mirzə Məmmədvəliyev çıxış edib.
 
Həmçinin konqresdə hər ölkənin stendləri təşkil olunub ki, həmin stendlərin arasında Azərbaycanın da iki  stendi var idi. Stendlərdə Azərbaycandan olan əlil insanların əl işləri, xalçalar, sənət əsərləri və digər əl işləridə nümayiş olunub.
 
Z.Q
"Karabakh Today"
İstanbul 
1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

14.05.2017 16:45
Bölmə Siyasət