• Almaniyanın daha bir şəhərində Zəhra üçün mitinq keçirildi - FOTOLAR

Karabakh.Today xəbər verir ki, 2017-ci ilin iyul ayinin 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olunmasi ilə bağlı NRW.Bielefeld Alman Azərbaycan Mədəniyyəti Cəmiyyəti tərəfindən 15.07.17.tarixində saat 14:30-dan 16:00-a qədər Bielefeld şəhərinin mərkəzi küçəsi Jahnplatzda "I am Zehra!!! Justice for Zahra!!! Baby Killer Sarkisian!!! Stop Armenian Terror!!! Stop Armenian Agression!!!" şüarları ilə mitinq keçirililb.
Cəmiyyətin sədri Təranə Tağıyeva Karabakh.Today - ə açıqlamasında: "Füzuli rayonun  Alxanlı kənd sakini Zəhra  balamızı və onun simasında  bütün Xocalı Şəhidlərimizi anmış olduq. Beləliklə Dünya ictimaiyyətinə bir daha təcavüzkar Ermənistanı ifşa etdik" - deyə, qeyd edib.  Mitinqin açılışını NRW.Bielefeld A.A.M.C-in rəhbəri Təranə Tağıyava etdi. Daha sonra çıxışlar həkim Ruslan Cəfərli, NRW.Bielefeld Yabancılar Birliyinin başqanı Mehmet Ali Ölməz tərəfindən Alman və Azərbaycan dilində davam etdirildi. Mitinqin sonunda Təranə Tağıyeva mitinqə icazə verdiyi üçün Bielefeld şəhər bələdiyyəsinə, mitinq iştirakçılarının asayişini qoruduğu üçün polislərə və bütün mitinq iştirakçılarına öz təşəkkürünü bildirdi.  
 
Z.Qəriboğlu
Karabakh.Today
1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

17.07.2017 22:50
Bölmə Siyasət


Müəllif Z.Qəriboğlu


Mənbə Karabakh Today