• Bəşər Əsəd ABŞ-ı İŞİD-i dəstəkləməkdə günahlandırıb

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD və "Cəbhət ən-Nüsra” terror təşkilatlarına dəstək verir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Suriyaprezidenti Bəşər Əsəd bəyan edib.
 
"ABŞ koalisiyası İŞİD-in hərbi-hava qüvvələridir. Onlar İŞİD, "Cəbhət ən-Nüsra” və digər terror təşkilatlarını dəstəkləyirlər”, deyə B.Əsəd vurğulayıb.
 
Onun sözlərinə görə, Qərb ölkələri kimyəvi silahdan istifadə mövzusundan bəhanə kimi istifadə edərək Suriya ordusuna havazərbələri endirir. B.Əsəd həmçinin bildirib ki, Şərqi Qutada terrorçulara qarşı əməliyyat bundan sonra da davam etdiriləcək.
 
Karabakh Today

05.03.2018 12:25
Bölmə Siyasət