• BƏƏ və Səudiyyə ABŞ-a müraciət etdi: Savaşa girin!

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ABŞ-a müraciət edərək, Yəməndəki Xodeyda limanının husilərdən geri alınması üçün onlara birbaşa yardım etmələrini istəyiblər.

Bu barədə məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Hər iki dövlətin ABŞ-a göndərdiyi müraciətdə bu limandan 29 milyon yəmənlinin taleyinin asılı olduğu bildirilib.

Hələlik ABŞ tərəfi Əbu-Dabi və Ər-Riyada cavab verməyə tələsmir. Qəzetin iddiasına görə, ABŞ bu ölkələrə edilən yardımla hərbi əməliyyatların nəzarətdən çıxacağından narahatdır.

Karabakh Today

04.06.2018 13:52
Bölmə Siyasət