• Ruslar daha 50 il Suriyadan çıxmayacaqlar

Rusiyanın hərbi hava qüvvələri Suriyadakı Xmeymim bazasında daha 50 il qalacaq

Rusiyanın hərbi hava bazası Suriyanın Latakiya bölgəsində daha 50 il fəaliyyət göstərəcək. 

Məlumata görə, Rusiya ilə Suriyadakı Bəşər Əsəd rejimi arasında cari ilin yanvarında bağlanan müqavilə Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Sənədə əsasən Rusiyanın hərbi hava qüvvələri Suriyadakı Xmeymim bazasında daha 50 il qalacaq. İki ölkə arasında razılaşdırılan sənədi Rusiya Dövlət Duması da təsdiqləyib.



Karabakh Today

28.07.2017 13:37