• Şimali Koreya sutka ərzində iki ballistik raket sınağı keçirdi

Şimali Koreya şənbə günü ikinci dəfə “Xvason-14” qitələrarası ballistik raketin uğurlu sınağını keçirib.

Raket buraxılışı faktı Cənubi Koreyanın hərbi qurumları tərəfindən təsdiqlənib. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsini məlumatına görə, ballistik olduğu ehtimal edilən raket yerli vaxtla 23.41-də (Bakı vaxtı ilə 18.41-də) Şimali Koreyanın Çaqando əyaləti ərazisindən Yapon dənizi istiqamətində buraxılıb.

 Raket 47 dəqiqə 12 saniyə ərzində 998 kilometr məsafə qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 kilometr olub.

Qitələrarası ballistik raketin buraxılışının qonşu ölkələr üçün heç bir təhlükə yaratmadığı bildirilir.

Pentaqon Şimali Koreyanın ballistik raketi buraxdığını qeydə aldığını bəyan edib. ABŞ Müdafiə Nazirliyi bundan əvvəl KXDR-in iyulun 27-də Koreya müharibəsinin başa çatmasının ildönümü  münasibəti ilə raket sınağı keçirəcəyini proqnozlaşdırmışdı.

Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb. 

Karabakh Today

29.07.2017 12:31