• BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınağı ilə əlaqədar təcili iclas keçirəcək

Bu gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınağı ilə əlaqədar təcili iclas keçirəcək.

 RİA Novosti xəbər verir ki, iclasın keçirilməsini ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Haley, habelə onun Yaponiya, Fransa, Böyük Britaniya və Cənubi Koreyadan olan həmkarları tələb ediblər. İclas Moskva vaxtı ilə saat 17:00-da keçiriləcək.

Bundan əvvəl Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını sınaqdan keçirdiyini bəyan edib.(azərtac)

Karabakh Today

04.09.2017 09:07