• HHQ-nin cəbhəboyu zonadakı hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhəboyu zonada yerləşən hərbi hissəsinin ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.

Müdafiə Nazirliyindən Karabakh Today-ə bildirilib Kİ, nazirliyin rəhbərliyi həmçinin, ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Sonra Müdafiə naziri hərbi hissənin silahlanmasındakı döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

 

 

 

18.09.2017 19:44