• Nüvə silahının tamamilə qadağan edilməsi haqqında konvensiyanı 50-dən çox ölkə imzalayıb

BMT-də nüvə silahlarının tamamilə qadagan olunmasına dair konvensiya açılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ilk gündə konvensiyanı 51 ölkə imzalayıb.

Məlumata əsasən, sənədi Əlcəzair, Avstriya, Braziliya, Vatikan, Kosta-Rika, İndoneziya, Kuba, Liviya, Lixtenşteyn, Meksika, Yeni Zelandiya, Fələstin, Cənubi Afrika Respublikası, Tayland, Venesuela və digərləri imzalatıblar.

Konvensiya azı 50 ölkə tərəfindən ratifikasiya edildikdən sonra 90 gün sonra qüvvəyə minəcək.

Karabakh Today

21.09.2017 08:51