• Azərbaycana 26,3 milyon dollar yardım ayrılıb - Kütləvi qırğın silahları ilə bağlı

1999-cu ildən indiyə kimi EXBS proqramı çərçivəsində kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycana 26,3 milyon dollar məbləğində avadanlıq və maliyyə yardımı ayrılıb.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Karter Vilbör deyib.

O qeyd edib ki, Azərbaycan kütləvi qırğın silahlarına qarşı mübarizədə daim öz sadiqliyini göstərib.

Karabakh Today

09.10.2017 11:24