• Türkiyə yerli istehsal olan “S-400”-ləri Afrinə göndərir - DÜNYADA İLK

Türkiyənin ASELSAN və SAGE şirkətləri tərəfindən istehsal edilən “Akkor Pulat” aktiv müdafiə sisteminin sınaqları uğurla başa çatıb.

Türkiyənin Müdafiə Səneysi Nazirliyindən verilən açıqlamada sistemlərin tezliklə Afrinə göndəriləcəyi bildirilib.

Rusiya istehsalı olan “S-400”lərlə eyni məntiqdə işləyən “Akkor Pulat” Afrində davam edən “Zeytun budağı” hərəkatındakı tanklara birləşdiriləcək.

Nazilriyin nümayəndəsi İsmayıl Dəmirin verdiyi açıqlamaya görə, sistem tanklara qısa müddətdə uyğunlaşdırılacaq: ““Akkor Pulat” bu anlamda dünyada ilk dəfə müharibə zonasında istifadə edilən aktiv müdafiə sistemi olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Nurəddin Canikli hərbi fabriklərdə 5 km məsafədən nəzarət edilə bilən sistem üzərində işlədiklərini açıqlamışdı.(publika)

Karabakh Today

05.03.2018 12:41