• İranda terrorçu dəstə zərərsizləşdirilib

Xarici ölkələrdən Kirmanşah vilayətinə toplaşan terrorçuların məqsədi İranda terror aksiyaları törətməkdən ibarət olub. Aparılan müşahidələr zamanı müəyyən edilib ki, terrorçular gizli yollarla İrana silah-sursat keçirərək dövlətin konstitusiya quruluşunu sarsıtmağa cəhd göstəriblər. Həyata keçirilən əməliyyat zamanı meydana çıxan silahlı toqquşmada terrorçular məhv edilib və onlara məxsus silah-sursat və digər ləvazimatlar müsadirə edilib. Bir nəfər terrorçu yaxalanıb. Hazırda istintaq aparılır.

19.07.2018 18:45