• Mətin Özərlə görüş keçirildi - VİDEO - FOTOLAR

Karabakh Today xəbər verir ki, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin və gənc yazar Qabil Ədalətin təşkilatçılığı ilə Türkiyədən olan şair-yazar Mətin Özər və araşdırmaçı-jurnalist, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin Türkiyə Respublikasındakı nümayəndəliyinin rəhbəri Zülfiyyə Həsənova ilə Azərbaycan QHT və ədəbiyyat nümayəndələrinin görüşü keçirilib. Görüşdə hər iki qonağa Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətində yayılmasında göstərdikləri xidmətə görə “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin birgə Diplomu təqdim edilib. Həmçinin Mətin Özər “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinə üzv olaraq, İdarə Heyətinin qərarı ilə təşkilatın Türkiyə Respublikasındakı nümayəndəliyinin rəhbəri təyin olunub.

Karabakh Today

1

1

1

1

27.03.2017 15:33
Bölmə Cəmiyyət