• "Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli" adlı təlim kursu keçirilib. - FOTOLAR

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının “Insan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı  layihəsi üzrə Qazax (15.05.17), Tovuz (16.05.17), Şəmkir (17.05.17) şəhərlərində polis əməkdaşları arasında “Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli”nə dair  təlim kursu keçmişdir.  

Təlimlər qeyd edilən şəhərlərin  Polis idarələrində keçirilmişdir.

Təlimin hazırlıq işləri layihə rəhbəri Mehriban Zeynalova tərəfindən həyata keçirilmiş, təlimşi Ağamirzə Bağırov olmuşdur. Təlim zamanı, müzakirə mövzuları insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, qanunvericilik aktları, zərərçəkmiş və cinayətkarın psixoloji portreti, viktimaloqiya, psixoloji amillər, mövcud sterotiplər, sığınacaqlar haqqında məlumat, acıq və qapalı tipli sulların verilmə üsülü, təhqiqat zamanı stimqa ilə müşahidə edilən ayrı-ayrı ifadələrin işlədilməsi və ümumilikdə  zərərcəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni  vasitələrin tətbiqinə dair müzakirələr aparılmışdır.

Təlimdə əsasən sahə müvəkilləri və azyaşlılarla iş üzrə məsul olan polis əməkdaşları iştirak etmişdir. Qazax şəhəri üzrə iştirakçıların sayı 30 nəfər, Tovuz şəhəri üzrə 31nəfər, Şəmkir şəhəri üzrə isə 49 nəfər olmuşdur. Ümimilikdə iştirakçıların sayı 110 nəfəri əhatə etmişdir.

Təlimdə, Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlər paylanmışdır.

Karabakh Today

1

1

1

1

19.05.2017 14:51
Bölmə Cəmiyyət