• QHT yardım sovqatı payladı. - FOTOLAR

Türkiyənin dünyaca məşhur İHH İnsani Yardım Vakfı Azərbaycandakı dost təşkilatı “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin təşkilatçılığı, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyinin media dəstəyi ilə Bakıda Təzə Pir məschidində 250 nəfər müharibə veteranına, əlilinə və şəhid ailəsinə müqəddəs Ramazan ayının gəlişi münasibətilə iftar süfrəsi açaraq, ərzaq yardımı etmişdir

Tədbiri giriş sözü ilə açan “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas gələn qonaqları salamlayaraq, İHH İnsani Yardım Vakfına Qarabağ müharibəsi veteranlarına, əlillərinə və  şəhid ailələrinə göstərdikləri diqqətdən dolayı təşəkkürünü bildirib, bu müqəddəs ayda, müqəddəs əməl göstərərək, Allah dərgahında çox böyük savab iş olduğunu xatırladaraq, bundan sonra da təşkilat Qarabağ müharibəsi döyüşçülərinə diqqətlərini davam etdirəcəklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

"Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin sədri Zaur Qəriboğlu da İHH İnsan Yardım Vakfına   göstərdikləri diqqətə görə öz təşəkkürünü bildirib.

Daha sonra İHH "İnsani Yardım Vakfı" adına çıxış edən Hayrullah Bilgin İHH-nın dünyada gördüyü işlərdən danışaraq bugün Azərbaycanda qardaş təşkilat olan "Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi" ilə iftar süfrəsi açıdıqları və yardım etdikləri üçün çox xoşbəxt olduqlarını bildiriblər. Ardınca İHH-nın nümayəndəsi Ali Kemal bəy çıxış edərək gələcəkdədə Azərbaycanda bu qardaş təşkilatla daha böyük lahiyələrə imza atacaqlarına ümid etdiklərini söyləyib.

Tədbirdə söz alan "Büyük Firat" restoranlar şəbəkəsinin rəhbəri Hüseyn Büyükfırat  çıxış edərək təşkilatçılara minnətdarlığını bildirib.  

Karabakh Today

1

1

1

1

31.05.2017 16:31
Bölmə Cəmiyyət