• Latın Amerikası ölkəsindən ilginc Türkiyə etirafı gəldi

Türkiyə 3,5 milyon suriyalı qaçqına ev sahibliyi edir

“Venesueladan ölkəmizə axın edən miqrantlarla necə məşğul olacağımızı bilmirik. Bunun üçün Türkiyəyə nümayəndə heyəti göndərdik”.

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, bu sözləri Kolumbiya prezidenti Juan Manuel Santos deyib.

O bildirib ki, Türkiyənin bu sahədə təcrübəsinin öyrənilməsi olduqca əhəmiyyətlidir: “Miqrant problemi ilə bağlı Türkiyə kimi ölkələrdən örnək götürməliyik. Bu problemlə bacardığımız qədər mübarizə aparmağa çalışırıq”, – Santos bildirib.

Qeyd edək ki, Türkiyə 3,5 milyon suriyalı qaçqına ev sahibliyi edir. Bundan başqa, İraqdan olan minlərlə miqrant da Türkiyəyə sığınıb.

 

Karabakh Today



 

21.02.2018 15:16
Bölmə Cəmiyyət