• Türkiyədə azərbaycanlı yazarın imza günü keçirilib

Karabakh.Today xəbər verir ki, Türkiyədə Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi (DAYMED) Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Araz yayınlarında nəşr olunan azərbayanlı yazar Nüşabə Məmmədlinin “Türk qoymadı ürəyimi söksünlər” kitabının imza gününü keçirib.İstanbulda Kadıköydə “Halikarnas Kadıköy” Mədəniyyət Mərkəzində həyata keçirilən toplantıda Azərbaycandan və Türkiyədən gələn jurnalistlər, yazarlar, elm və fikir adamları iştirak ediblər. Xocalı və bütün Türk dünyası şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra soyqırımla bağlı danışan DAYMED başkanı Kəbutər Haqverdi Xocalı Soyqırımının dünyada tayı – bərabəri olmayan bir soyqırım olduğunu, bu soyqırım əsnasında ermənilərin və işbirlikçilərinin qadın, uşaq, qoca, gənc demədən bütün insanlığa qarşı bir suç işlədiyini bildirdi. K.Haqverdi bu soyqırımın unudulmaması baxımından belə kitabların nəşr olunmasının çox önəmli olduğunu qeyd etdi.Daha sonra kitabla bağlı fikirlərini bölüşən yazıçı - jurnalist Oktay Hacımusalı romanın azərbaycancasını oxuduğunu, bu romanın bütün Türk və İslam coğrafiyasında nəşr etməyin vacibliyini vurğulayıb. Nüşabə Məmmədlinin yazdığı romanın şahidlərin danışdıqları əsasında yazıldığını dilə gətirən Oktay Hacımusalı kitabda ermənilərin Xocalıda əsir aldıqları balaca uşaqları dünyanın ən müxtəlif dövlətlərinə satmaları, həm də bunu beynəlxalq terror şəbəkələri ilə birgə həyata keçirmələri ilə bağlı faktlarla kifayət qədər zəngin olduğunu bildirib və bu kitabdakı həqiqətlərin bütün dünyaya çatdırılmalı olduğunu sözlərinə əlavə edib.

İstanbul 1 – ci dairədən MHP-nin deputatlığa namizədi olan Leman Süheyla Soylu, tərcüməçi - yazar, DAYMED müşaviri Metin Özer, Musa Sungur, Hüseyin Atasever kitabın Türk dünyası üçün önəmini ərz edərək, yazara uğurlar arzulayıblar.

Toplantı yazarın kitabları imzalaması ilə davam etdirilib.

Oktay Hacımusalı

Karabakh.Today

26.02.2018 17:19
Bölmə Cəmiyyət