• İlk gördüyüm İğdırdan ilk təəssuratlarım

İğdıra ilk gəlişim idi. Və gözlədiyimdən fərqli bir mənzərə ilə rastlaşdım. Araşdırmalarımdan da bilirəm ki, İğdıra hər zaman Türkiyə Cümhuriyyəti büdcəsindən kifayət qədər maliyyə ayırır. Həm İran və Ermənistanla sərhəddə yerləşdiyi üçün, həm də, terror örgütlərindən əziyyət çəkən bir şəhər olduğu üçün buraya dövlətin hər zaman diqqəti çox böyük olub. Təəssüf ki, oranın terror örgütünə dəstək verən və Türkiyə ictimaiyyəti arasında PKK-nın siyasi qanadını təmsil edən HDP-li bir bələdiyyə başqanı var.

Bildiyiniz kimi Türkiyə Cümhuriyyətində bütün şəhərlərin əsas idarəedici orqanı bələdiyyələrdir. Çünki xalqın sosial problemləri, güzəranı və yaşayış şərtlərinə nəzarət edən bir orqandır. İğdırda 2 millət vəkili, bələdiyyə başqanı (seçilmişlər) həmin partiyanın təmsilçiləridir. Və hazırda da terrora dəstək verdiyi üçün bələdiyyə başqanı həbsdədir.

Qısa zamanda kəsiyində olsa da orada gördüklərim, həmsöhbət olduqlarım mənim dediklərimi təsdiqlədilər və bildirdilər ki, buraya iş adamlarınə qədər pul yatırmaq istəsələr də, yatırımcılar baxımından türklərə çox şərait yaradılmayıb. Buna da əsas səbəb bələdiyyələrin ümumi olaraq terror dəstəkçisi olduğu üçündür. Iİğdıra pul yatıran iş adamlarının 99% PKK dəstəkçiləridir.

Hazırda həbsdə olan bələdiyyə başqanı və bəzi iş adamları da bunların nümunəsidir. 40 ilə yaxındır ki, Türkiyə Cümhuriyyəti terrorla mübarizə aparır və terroristlərin ən çox olduğu yerlərdən biridə İğdırdır.

Ola bilsin ki, İğdırda hər gün terror hadisəsi olmur. Xalqdan yığılan pullar xalqa, şəhərin abadlaşmasına, problemlərin həllinə deyil, PKK-ya xərclənib. O pullar şəhərə, insanlara xərclənsəydi bu günkü İğdır fərqli olardı.

Artıq son illər Türkiyə dövləti bu istiqamətdə başqa bir siyasət aparmağa çalışır. İğdırlılarla söhbətim zamanı bildirdilər ki, müəyyən mənada irəliləyiş var və gələcək gözəl görsənir. Bu siyasət sonuna qədər aparılarsa artıq ölkədə bir dənə də olsun terrorist qalmayacaq. 

Arzu Qocayev, Türkiyə

Karabakh Today

13.03.2018 00:28
Bölmə Cəmiyyət