• İrəvan tarixi Azərbaycan torpağıdır - "İrəvansız 100 il layihəsi çərçivəsində daha bir tədbir baş tutdu - FOTOLAR

Karabakh Today xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018 – ci il üçün elan etdiyi I qrant müsabiqəsində “ "İrəvansız 100 il" mövzusunda tədbirlərin təşkili sosial şəbəklərdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi 02.05.2018-ci il tarixində silsilə tədbirlər çərçivəsində Bakı Humanitar kollecində növbəti tədbirini keçirmişdir.

 

2018 – ci il Azərbaycan tarixində mühüm illərdən biri hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla birgə bir çox dövlət qurumlarının da 100 illik yubiley bayramlarıdır. Amma bu bayramlarla yanaşı bu gün Azərbaycan torpaqlarının 20 % - ni işğal altında saxlayaraq, torpaqlarımıza ərazi iddiası edən Ermənistanın bir dövlət olaraq var olma səbəbinin məhz, yenə, Azərbaycan torpağı olan İrəvanın onlara güzəştə gedilməsinin 100 ili 29 may tarixində tamam olacaq. Lakin zamanında ərazisi 9 min kv metr olan Ermənistanın bu gün isə ərazisi 30 min kv metrdən çoxdur. Sovet hakimiyyəti illərində Qars müqaviləsinin bütün müddüaları pozularaq, Azərbaycan əraziləri ermənilərə güzəştə gedilib.

Tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Bu gün bəziləri düşünur ki irəvan Ermənilərə icarəyə verilib lakin bu səhv fikirdir. O vaxtki şərait və şərtləri nəzərə aldıqda bunun labud olduğunu və tarixi qaçılmazlıq olduğunu vurğulayan təşkilat sədri vaxtı gəldiyində bizim o torpaqlara qayıdacağımızı qeyd etdi. Z.Qəriboğlu aman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdiyi soyqırım aktlarından söz açaraq, bu gün dünyada informasiya müharibəsinin gücünə diqqəti çəkərək, gənclərimizi bu savaşda aktiv olmağa, Azərbaycan dövlətinin, ordusunun, Ali Baş Komandanın yanında olmağa səsləyib: “Biz bilirik ki, cənab prezident bu gün əlindən gələn bütün variantlarla bu məsələnin sülh yolu ilə həll olunması üçün səy göstərir. Amma işğalçı, separatçı erməni hakimiyyəti illərdir ki, hər vəchlə bu danışıqları uzadaraq, məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Amma Aprel döyüşlərindəki ordumuzun qələbəsi, bir daha göstərdi ki, danışıqlar nəticə verməyəcəyi halda, Azərbaycanın ordusunun gücü, prezidentinin siyasi iradəsi çatır ki, hərb yolu ilə torpaqlarını işğaldan azad eləsin ”.

Karabakh Today

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

04.05.2018 11:41
Bölmə Cəmiyyət