• BİRA "İrəvansız 100 il" layihəsinin növbəti tədbirlərini Gəncədə keçirdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018 – ci il üçün elan etdiyi I qrant müsabiqəsində “ "İrəvansız 100 il" mövzusunda tədbirlərin təşkili sosial şəbəklərdə informasiya müharibəsinin gücləndirilməsinə dəstək” layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai birliyi Gəncə şəhərində yerləşən Vaqif Əliyev adına  12 saylı tam orta məktəbdə növbəti  tədbirini keçirmişdir.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevda  Həsənova tədbir iştirakçılarını və qonaqları salamlayaraq Ermənistanın bu gün yürütdüyü işğalçı siyasətin köklərinin daha qədim dövrlərə dayandığını, 1918-ci ildə Azərbaycan xalq Cümhuriyyətinin hansı şərtlərlə İrəvan torpagının güzəştə gedilməsi haqqında geniş məlumat verdi.

Daha sonra çıxış edən BİRA ictimai birliyinin sədri Zaur Qəriboğlu tarixi faktlara əsaslanaraq qədim Azərbaycan torpağı olan İrəvanın Ermənistana güzəştə gedilməsindən danışıb: “Tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Ölkə başçısı cənab İlham Əliyevin: “Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq” fikrinə dayanaraq, biz QHT və ictimaiyyət nümayəndələrinin də üzərinə düşən vəzifə borcudur ki, informasiya məkanında ölkəmizin haqlı mövqeyini müdafiə edək, cənab prezidentin bu istiqamətdə apardığı uğurlu siyasətə ictimai dəstəyi artıraq. Bizim təşkilatın da əsas məqsədi məhz, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaqdır” – deyən layihə rəhbəri əsas məqsədi bu gün Qarabağa iddia edən ermənilərin əslində, paytaxt kimi istifadə etdikləri şəhərlə yanaşı, Zəngəzur, Göyçə, Dərələyəz və s ərazilərin Azərbaycana məxsus olduğunu göstərməkdir.

2018 – ci il Azərbaycan tarixində mühüm illərdən biri hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasıyla birgə bir çox dövlət qurumlarının da 100 illik yubiley bayramlarıdır. Amma bu bayramlarla yanaşı bu gün Azərbaycan torpaqlarının 20 % - ni işğal altında saxlayaraq, torpaqlarımıza ərazi iddiası edən Ermənistanın bir dövlət olaraq var olma səbəbinin məhz, yenə, Azərbaycan torpağı olan İrəvanın onlara güzəştə gedilməsinin 100 ili 29 may tarixində tamam olacaq. Lakin zamanında ərazisi 9 min kv metr olan Ermənistanın bu gün isə ərazisi 30 min kv metrdən çoxdur. Sovet hakimiyyəti illərində Qars müqaviləsinin bütün müddüaları pozularaq, Azərbaycan əraziləri ermənilərə güzəştə gedilib.

"Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyinin sədri Radə Abbas  zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdiyi soyqırım aktlarından söz açaraq, bu gün dünyada informasiya müharibəsinin gücünə diqqəti çəkərək, gənclərimizi bu savaşda aktiv olmağa, Azərbaycan dövlətinin, ordusunun, Ali Baş Komandanın yanında olmağa səsləyib: “Biz bilirik ki, cənab prezident bu gün əlindən gələn bütün variantlarla bu məsələnin sülh yolu ilə həll olunması üçün səy göstərir. Amma işğalçı, separatçı erməni hakimiyyəti illərdir ki, hər vəchlə bu danışıqları uzadaraq, məsələnin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Amma Aprel döyüşlərindəki ordumuzun qələbəsi, bir daha göstərdi ki, danışıqlar nəticə verməyəcəyi halda, Azərbaycanın ordusunun gücü, prezidentinin siyasi iradəsi çatır ki, hərb yolu ilə torpaqlarını işğaldan azad eləsin ”.

Tədbirdə məktəb şagirdləri  hazırladıqları qədim İrəvana, işğalda olan torpaqlarımıza həsr olunmuş stendlər nümayiş etdirildi.

Tədbirin sonunda Vətən uğrunda şəhid olan əsgərin ailə üzvləri ilə görüşülüb söhbət aparıldı. 

Karabakh Today

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

18.05.2018 15:39
Bölmə Cəmiyyət