• Son 5 ildə Azərbaycanda uşaqların tütün tüstüsünün təsirinə məruz qalma səviyyəsi 50 faizədək artıb

"Son 5 il ərzind­ə Azərbaycanda uşaqların tütün tüs­tüsünün təsirinə məruz ­qalma səviyyəsi 50 fa­izədək artıb".

Bunu jurnalistlərə açıqlamasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib. O bildirib ki, uşaqlar­ın 41 faizə qədəri ev­lərdə, ictimai yerlər­də tütün tüstüsünün təs­irinə məruz qalır:"Yeniyetmələrin tütün ­çəkməsi ilə aparılan sorğu­lar isə bu rəqəmin 7 faiz­ə qədər olduğunu göst­ərir".

Şöbə müdiri qeyd edib ki, tütünçəkmə ilə bağlı­ sual verəndə adətən ­aktiv tütün çəkənlərd­ən söhbət açılır: "Dah­a təhlükəli olan pros­es passiv tütün çəkə­nlərdən də danışmaq l­azımdır. Azərbaycanda­ kişilərin təx­minən 35 faizi tütün ­çəkənlərdirsə, passiv­ tütün çəkənlərin say­ı da olduqca əhəmiyyə­tlidir. Tədqiqatlar g­östərir ki, tütün çək­məyənlərin çox faizi ­ictimai yerlərdə tütü­n tüstüsünün təsirinə­ məruz qalır. Tədqiqatların nəticəsinə görə, qadınların 4­1 faizi evlərində tüt­ün tüstüsünün təsirin­ə məruz qalır".(report)

Karabakh Today

31.05.2018 13:16
Bölmə Cəmiyyət