• İmişli rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan qaçqın və məcburi köçkünlərlə, əlilliyi olan insanlarla görüş keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də "Müharibə Veteranı Qadınlarına Sosial Yardım " ictimai birliyidir.

Qeyd edək ki, “Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihə Rusiyada və Azərbaycanda icra ediləcəkdir. Layihənin məqsədi Rusiya və Azərbaycan qonşuluğunun tarixi kökləri, Azərbyacan və Rusiya QHT-ləri arasında əməkdaşlıq, Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması işləri nəzərə tutulur.
Azərbaycan Pedeqoji Universitetinin Ağcabədi rayon Filialında və Ağdam rayon Humanitar İqtisad Kollecində “Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbir keçirilmişdir. Layihənin icrası məqsədi ilə tədbirlər davam edir.

Görüşün məqsədi əlilliyi olan insanların problemlərinin araşdırılması və həll edilməsi üçün dövlətə ictimai dəstəyin verilməsidir.  Keçmiş Ağdarə rayonun Narınclar kəndinin sakinlərinin yaşadıqları ərazinin vəziyyəti çox acınacaqlıdır. İnfrastruktur yoxdur,  əhalinin suya olan tələbatı ödənilmir. Su satan maşınlardan hər həftə 20 mataqlıq su almaqla  su tələbatının 30 faizini ödəyən əhali eyni zamanda tibb məntəqəsi, məktəb, yol, problemləri ilə üz-üzədirlər. Qışlaq üçün yararlı olan ərazidə yayda üzə çıxan ilan əqrəb, müxtəlif az və ya çox zəhərli həşəratlar Narınclar kəndinində yaşayan çarəsiz insanların həyatını dahada dözülməz vəziyyətə salıblar. 26 il əraində ilk dəfə bizim onların yanına getdiyimizi söyləyən əhali bizim gedişimizdən çox sevindilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən onlara kömək olunmasını xahiş edən insanların imdanına çatmaq lazımdır.
  Müqəddəs Ramazan ayının son günü, bayram öncəsi olduğu üçün görüş keçirilən insanlar üçün iftar süfrəsidə açıldı. Ərzaq geyim və digər hədiyyələr, eyni zamanda layihənin icrası üçün nəzərdə tutulan təbliğat materialları paylaşıldı.

Karabakh Today

 

1

1

1

1

1

1

18.06.2018 00:02
Bölmə Cəmiyyət