• Vətənimi mənim üçün mənim ordum xilas edəcək!!! - FOTOLAR

20 iyun 2018- ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində "Vətənimi mənim üçün mənim ordum xilas edəcək " adlı tədbir keçirildi .Tədbirin əsas məqsədi Azərbaycan Ordusunun 100 illik yubileyi ərəfəsində əsgərlərimizi təbrik etmək , Ordumuza ictimai dəstək verməkdi.
 
Əsgərlərlə keçirilən görüşdə doğum günü olan əsgərlərə hədiyyələr verildi . Hərbi hissədə əsgərlərin qarşısında Şüvəlan Mədəniyyət evinin kollektivi , gənc müğənnilərdən Birgül Ağdamlı , Rail Cəbrayıllı , Samir Məmmədov ,Xasay Gülməmmədov , Suna Tapdıqova və gənc meyxanaçı Orxan Sadıqov və Rövşən Əhmədov gözəl musiqilərlə çıxış etdilər.
 
Xanım şairələrdən Aybəniz Qafarlı və Nuridə Misirin gözəl şeirləri əsgərlər tərəfindən alqışlarla qarşılandı.  
Tədbirdə iştirak edən Müharibə veteranları gənc əsgərlərə tövsiyələrini və arzularını çatdırdılar . 
Layihənin təşkilatçısı , MVQSYIB -nin sədri Rada Abbas tədbirin sonunda hərbi hissənin rəhbərliyinə təşəkkür edib -"Vətən sizdən başlayır , sizlər bizim ümid yerimizsiniz . Allah Ordumuzu qorusun !!! " sözləri ilə yekun vuraraq əsgər kitabxanasına xeyli kitab hədiyyə etdi. Tədbirin sonunda  olan konsert proqramında  iştirak edən sənətkarlara və Müdafiə Nazirliyinin rəsmisinə təşəkkürnamə verildi. Hərbi hissənin komandiri , polkovnik Zülfüqar Abdullayev tərəfindən Rada Abbas Fəxri Fərmanla təltif edildi.
 
  Rəsmiyyə Allahverdiyeva
 
1

1

1

21.06.2018 14:37
Bölmə Cəmiyyət