• Virtual mübarizə başlayır

Karabakh Today xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019– cu il üçün elan etdiyi I qrant müsabiqəsində “"Virtual mübarizə" mövzusunda tədbirlərin təşkili layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi (BİRA) layihənin icrası ilə bağlı keçiriləcək tədbirlərə start verir.

Təşkilatın sədri Zaur Qəriboğlunun verdiyi məlumata görə, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi 15 may 2019 - cu il tarixində Bakı Humanitar Kollecində  “Virtual müharibə” adlı ilk tədbirini keçirəcək. Bu simvolik ad altında Azərbaycanın ali, orta ixtisas məktəblərinin tələbələri, həmçinin Azərbaycan Respublikasında hərbi xidmət keçən hərbi qulluqçular arasında maarifləndirici tədbirlər keçirmək vasitəsilə bu gün dünyada odlu silahdan da təhlükəli və effektiv olan informasiya müharibəsinin ərazi bütövlüyünün 20 % təcavüzkar Ermənistan tərəfindən işğal olunan Azərbaycan üçün vacibliyini çatdırmaq, sosial şəbəkələrdə informasiya müharibəsinə yönəlmiş prosesslərdə gənclərin aktiv olmasına çalışılacaq.

Layihə rəhbəri bu üzdən də “Virtual mübarizə” adı altında layihə çərçivəsində keçiriləcək tədbirlərdə informasiya müharibəsində cəmiyyətin maarifləndirilməsinin vacibliyini qeyd edib.

Karabakh Today

14.05.2019 15:19
Bölmə Cəmiyyət