• “Bu məsələni Ərdoğanla müzakirə edəcəm” - Putin

Rusiya Prezidenti Vladimir Putin Ukraynadan taxıl daşınmasının məhdudlaşdırılmasını nəzərdən keçirməyi təklif edib.

Vladimir Putin bu barədə Şərq İqtisadi Forumunda çıxışı zamanı danışıb.

Rusiya lideri bildirib ki, bu məsələni türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcək.

Onun sözlərinə görə, Ukraynadan daşınan taxılın demək olar ki, hamısı kasıb ölkələrə deyil, Avropa İttifaqı ölkələrinə aparılıb.

 

Karabakh Today

07.09.2022 12:30
Bölmə Siyasət